"Qalatasaray" - İkardi mövzusunda son durum

“Qalatasaray”ın İkardi ilə bağlı ümidləri hələ də bitməyib.

Ulduz futbolçunun həyat yoldaşı və meneceri “sarı-qırmızı”lı komandaya transfer üçün daha bir şans verib.

Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, argentinalının həyat yoldaşı və meneceri Səudiyə Ərəbistanı klbundan astronomik məbləğ təklif olunduğunu, ancaq İkradinin “Qalatasaray”da qalmaq istədiyini deyib.

Türkiyə nəhənginin rəsmiləri isə “PSJ” klubunun transfer üçün tələb etdiyi məbləği ödəyə bilməyəcəklərini bildiriblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ulduz forvardı heyətinə qatmaqda israrlıdır.