"Qalatasaray" italiyalı futbolçunun xidmətində maraqlıdır

"Qalatasaray" ulduz futbolçunu heyətinə cəlb etmək istəyir.

Sportline.az xəbər verir ki, "Sarı-qırmızılar" "Liverpul"un oyunçusu Federiko Kyezanın transferini planlaşdırır. Bu barədə "Sabah" qəzeti məlumat yayıb.

Mövsümün əvvəlində "Yuventus"dan "Liverpul"a keçən futbolçu İngiltərə klubunda istədiyi qədər oynamaq şansı əldə edə bilməyib.

Sadəcə 3 matçda meydana çıxan Kyeza cəmi 78 dəqiqə oyunda olub. Həmin müddət ərzində də nə qol vurmağı, nə də məhsuldar ötürmə verməyi bacarıb.