"Qalatasaray" italiyalının transferində israrlıdır

Leandro Paridesi əldən buraxan “Qalatasaray” bu dəfə “PSJ” dən Marko Verattini hədəfləyib.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Türkiyə nəhəngi futbolçunun oyunundan razı qaldığı halda sonradan transfer hüququna yiyələnmək şərti ilə icarə əsasında heyətinə qatmaq niyyətindədir.

“Qalatasaray” Marko Veratti üçün Fransa klubuna 3 milyon avro ödəməlidir.

Transfer hüququna yiyələnmək üçün isə sonradan “PSJ”yə daha 10 milyon avro ödənilməlidir.

Qeyd edək ki, Marko Veratti ötən mövsüm “PSJ” forması ilə çıxdığı 38 oyunda 1 asist ilə yadda qalıb.