"Qalatasaray" Kadinin komanda yoldaşını transfer edir

"Krasnodar"ın kolumbiyalı hücumçusu Con Kordoba karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Sportline.az "Transfermarkt"ə istinadla xəbər verir ki, "Qalatasaray" onun üçün 8 milyon avro ödəməyə hazırdır.

Kordobanın Rusiya klubu ilə müqaviləsinin müddəti 2025-ci ildə başa çatır. 

30 yaşlı futbolçu ötən mövsüm keçirdiyi oyunlarda rəqib qapılarına 37 qol vurub.