"Qalatasaray" kubokla vidalaşdı
Türkiyə kubokunun 1/4 finalında "Qalatasaray" öz meydanında "Gənclərbirliyi" ilə qarşılaşıb.
Sportline.az xəbər verir ki, İstanbul klubu bu matçda 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, ötən gün "Fənərbaxça" da bu mərhələdə "Konyaspor"a 0:1 hesabı ilə məğlub olaraq kubokla vidalaşmışdı.
"Qalatasaray" – "Gənclərbirliyi" - 0:2
Qollar: F.Üzüm, 51. A.Traore, 83.