“Qalatasaray” “Liverpul”a qarşı
UEFA Çempionlar Liqasında bu gün 1/8 final mərhələsinə start verilir.
Sportline.az xəbər verir ki, “Qalatasaray” “Rams Park”da “Liverpul”la üz-üzə gələcək.
İstanbul klubunda yeganə itki Metahan Baltacının adı ilə bağlıdır.
Mersisayd təmsilçisində isə itkilərin sayı kifayət qədərdir. Konor Bredli, Ciovanni Leoni, Stefan Bayçetiç, Vataru Endo və Aleksander İsak baş məşqçi Arne Slotun sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək oyunu ispaniyalı hakim Xesus Xil Manzano idarə edəcək.