"Qalatasaray" Makoutanın transferinə hazırlaşır

Türkiyə çempionu "Qalatasaray" yeni mövsümdə heyəti daha da gücləndirmək niyyətindədir.

Sportline.az "A Bola"ya istinadla xəbər verir ki, istanbullular "Boavişta"nın Konqo əsilli fransalı futbolçusu Qaius Makoutonun transferinə hazırlaşırlar.

25 yaşlı yarımmüdafiəçi üçün Portuqaliya klubuna müraciət edildiyi bildirilir.