“Qalatasaray” Nelssonla bağlı qərar verib

 “Qalatasaray”ın 26 yaşlı danimarkalı futbolçusu Viktor Nelssonun klubda qalacağı bildirilir.

Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi futbolçuya 4 illik yeni müqavilə təklif edib. Təcrübəli futbolçunun maaşında artım olacaqı qeyd olunur.

Nelsson “Qalatasaray”da oynamaqdan məmnundur.

Qeyd edək ki, V.Nelsson “Qalatasaray”da çıxış etdiyi 134 matçda 4 qol və 1 asistlə yadda qalıb.