"Qalatasaray" PSJ ilə razılıq əldə etdi

“Qalatasaray” Paredesin transferi ilə bağlı “PSJ” ilə razılıq əldə edib. 

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “Qalatasaray” təcürbəli yarımmüdəfiəçi üçün Fransa klubuna 6 milyon avro təklif edib.

“PSJ” futbolçunun transferinə razılıq verib.

Argentinalı futbolçu ilə 3 illik müqavilənin imzalanacağı gözlənilir.

Qeyd edək ki, Paredes “PSJ” forması ilə çıxdığı 72 oyunda 2 qol və 8 asistlə yadda qalıb.