"Qalatasaray" "Roma" ilə yarışır
"Şalke"nin türkiyəli stopperi Mertcan Ayhan yanvar ayında komandasını dəyişə bilər.
Sportline.az jurnalist Rudi Qalettinin məlumatına istinadən xəbər verir ki, "Roma" və "Qalatasaray" 19 yaşlı futbolçu üçün hərəkətə keçib.
M.Ayhanın dəyəri "Transfermarkt" portalına görə, 400 min avrodur.
Qeyd edək ki, Türkiyə U21 millisinin oyunçu cari mövsüm 12 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.