"Qalatasaray" son saniyələrdə sevindi
Türkiyə Super Liqasında 23-cü tura yekub vurulub. SportLine.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib. "Qalatasaray" "Antalyaspor"un qonağı olub.
Gərgin mübarizə şəraitində keçən oyunda 6 sarı, 1 qırmızı vərəqə göstərilib və 5 qol vurulub. İstanbul təmsilçisinin 90+6-dı dəqiqədəki qolu isə həlledici olub. "Qalatasaray" 3-2 hesablı qələbəyə sevinib.