"Qalatasaray" son saniyələrdə sevindi
Türkiyə Super Liqasında 24-cü turun görüşləri davam edir.
SportLine.az xəbər verir ki, yuxarı pillələr uğrunda mübarizə aparan "Qalatasaray" doğma meydanda "Gənclərbirliyi"ni qəbul edib. Gərgin mübarizənin qalibi meydan sahibləri olub. Səlçuk İnanın son saniyələrdə vurduğu qol komandasına qələbə qazandırıb.
“Qalatasaray” – “Gənclərbirliyi” - 3:2
Qollar: Xalili, 1, (0:1), Selçuk İnan, 5-pen. (1:1), Podolski, 45+2 (2:1), Selçuk Şahin, 69-pen. (2:2), Səlcuk İnan, 90+1 (3:2)