"Qalatasaray" Terimə görə Turanı da göndərə bilər

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Arda Turanla yollarını ayırmağı planlaşdırır.

Sportline.az "Takvim"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Burak Elmas 35 yaşlı yarımmüdafiəçini komandada görmək istəmir.

35 yaşlı yarımmüdafiəçinin sabiq baş məşqçi Fatih Terimə yaxın olması Elması narahat edir. Bu səbəbdən, təcrübəli oyunçunun müqaviləsinin ləğv olunması gündəmə gəlib.

Lakin klub rəhbərliyi azarkeşlərin reaksiyasından qorxub. Ona görə də "Qalatasaray" yeni baş məşqçi Domenek Torrenin planlarına daxil olmadığı üçün Turanla vidalaşmaq istəyir.

Qeyd edək ki, Arda Turanın "Qalatasaray"la müqaviləsi yayda başa çatmaıldır. Onun sözləşməsində daha bir il uzadılmasının mümkünlüyünə dair bənd var.