"Qalatasaray" Terimlə növbəti qələbəsini qazandı

Türkiyə Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilir.

SportLine.az xəbər verir ki, yarışın əsas favoritlərindən "Qalatasaray" doğma meydanda "Bucaspor"la qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.

Qeyd edək ki, bu, Fatir Terimin qayıdışından sonra ardıcıl ikinci qələbədir.