“Qalatasaray” Türkiyə futbolunda yeni bir tarix yaza bilər

"Qalatasaray" yeni rekordun 1 addımlığındadır.

Sportline.az xəbər verir ki, "sarı-qırmızılar" "Fənərbağça" klubunun 1988/89 mövsümündə əldə etdiyi rekordu yeniləyə bilərlər.

Belə ki, "Qalatasaray" klubu bir mövsümdə 90 xal qazanaraq öz göstəricisini yaxşılaşdırıb. İstanbul nəhəngi növbəti 2 oyunda da qalib gələrsə Terkiyə futbolunda ən çox xal qazanaraq çempion olan komanda adına yiyələnəcək.

Qeyd edək ki, "Fənərbağça" klubu 1988/89 mövsümündə 90 xalla çempion olmuşdu.