“Qalatasaray” UEFA-nın “radar”ında
“Qalatasaray” son 3 ildə reallaşdırdığı transferlərə görə UEFA-nın “radar”ına düşüb.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Türkiyə nəhəngi son 3 ildəki transferlərə görə 106 miylon avro zərərə uğrayıb.
Bu isə UEFA-nın zərər üçün nəzərdə tutulan limitin aşılması anlamına gəlir.
UEFA tərəfindən “Qalatasaray”a mövsüm sonuna kimi zərəri aradan qaldrılıması üçün icazə verilib.
Qeyd edək ki, UEFA komandalara 60 milyon avroluq zərər limitinin keçilməsinə qadağa qoyub.