“Qalatasaray” ulduz futbolçunun ovuna çıxıb
“Qalatasaray” heyəti gücləndirmək üçün İngiltərəyə üz tutub.
Sportline.az Metro.co.uk-a istinadla xəbər verir ki, Türkiyə nəhəngi “Liverpul”un futbolçusu Tyaqo Alkantara ilə danışıqlara başlayıb.
Futbolçunun hazırki dəyəri 15 milyon avro olsa da "Qalatasaray" 8 milyon avro və bonuslar təklif edib.
Qeyd edək ki, klubun idman direktoru Ərdəm Timur futbolçu ilə şəxsi razılıq əldə etmək üçün artıq Liverpuldadır.