"Qalatasaray" və "Trabzonspor" qalib gəldi

Türkiyə Superliqasında 14-cü tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. "Trabzonspor" səfərdə "Hatayspor"a, "Qalatasaray" isə evdə "Göztəpə"yə qalib gəlib.

"Hatayspor" - "Trabzonspor" - 0:1
Qol
: V.Huqo, 74

"Qalatasaray" - "Göztəpə" - 3:1
Qollar:
 E.Kilinc, 4 (1:0), A.Turan 12 (2:0), S.Aydoğdu, 14 (2:1), Fequli, 63 (3:1)

Bu nəticədən sonra "Qalatasaray" 26 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Alanyaspor"un da xalı eynidir. "Trabzonspor" isə 20 xalla 8-cidir.