"Qalatasaray" yoldaşlıq oyununda məğlub oldu

Yay təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qalatasaray" komandası ilk yoldaşlıq görüşünü keçirib.

Sportline.az xəbər verir ki, "Sarı-qırmızılılar" Avstriyanın LASK klubu ilə üz üzə gəliblər.

Görüş LASK klubunun 3-2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qalatasaray"ın qollarını 56 və 71-ci dəqiqədə Metehan Baltacı vurub.LASK-ın qələbə qolları isə Duboa (avtoqol, 23), Kopado (64) və Konedən (85) gəlib.

Qeyd edək ki, Türkiyə klubu növbəti yoldaşlıq görüşünə iyulun 15-də Almaniyanın "Fortuna" Düsseldorf  komandasına qarşı çıxacaq.