“Qalatasaray” Yunus Akgünün qiymətini açıqlayıb
Bu mövsüm “Qalatasaray”ın heyətində əla təsir bağışlayan Y.Akgünün transfer dəyəri açıqlanıb.
Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, rəhbərlik 24 yaşlı futbolçu üçün 20 milyon avro tələb edib. Yunusun “Qalatasaray”la müqaviləsi 2026-ci ilin yayında başa çatacaq.
Klub oyunçu ilə yeni müqavilə danışıqlarına başlayıb.
Qeyd edək ki, Yunus Akgün bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 4 qol və 1 asistlə yadda qalıb.