"Qalatasaray"a pis xəbər

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda 18 mart tarixində səfərdə "Liverpul"un qonağı olacaq "Qalatasaray"a UEFA tərəfindən ciddi cəza verilib.

Sportline.az xəbər verir ki, qurum "Yuventus"la keçirilən oyunda baş verən azarkeş insidentlərinə görə İstanbul təmsilçisini cəzalandırıb.

UEFA İntizam Komitəsinin qərarına əsasən, "Qalatasaray" 40 min avro məbləğində cərimələnib və növbəti səfər matçını azarkeşsiz keçirməli olacaq.

Bu qərar Çempionlar Liqasının son 16 mərhələsində "Liverpul"a qarşı İngiltərədə keçiriləcək cavab görüşünə şamil olunacaq.