“Qalatasaray”a şad xəbər

“Qalatasaray”ın futbolçusu Kaan Ayhanın zədəsinin tam sağaldığı açıqlanıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Tottenhem” ilə keçiriləcək matçda iştirak edə biləcək.

Oyunçunun məşqlərə qoşulduğu bildirilir.

Qeyd edək ki, “Qalatasaray” – “Tottenhem” matçı 7 noyabr saat 21:45-də başlayacaq.