"Qalatasaray"da ayrılıq
Fransanın “Nant” klubu “Qalatasaray”ın 23 yaşlı futbolçusu Yunus Akgünün ovuna çıxıb.
Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, gənc futbolçu ilə şəxsi razılıq əldə edilib
“Nant” sağ cinah hücumçusu ilə 3 illik müqavilə imzalamaq niyyətindədir.
“Qalatasaray” isə futbolçunun transferi ilə bağlı hansısa problemin yaşanmayacağını bildirib.
Qeyd edək ki, Yunus Akgün son mövsümdə “Qalatasaray” forması ilə çıxdığı 28 oyunda 1 qol, 4 asistlə yadda qalıb.