"Qalatasaray"da ayrılıq gözlənilir
Çempionluğu rəsmiləşdirən “Qalatasaray”da gözlənilməyən ayrılıq yaşana bilər.
Qış fasiləsində komandaya qatılan italiyalı ulduz Nikolo Zaniolonın yayda “sarı-qırmızı”lı komandanı tərk edəcəyi bildirilir.
Sportline.az FotoMaç.com-a istinadla xəbər verir ki, “Qaltasaray”ın 15 milyon avro qarşılığında heyətinə qatdığı oyunçu ilə yolları ayrılacaq.
Buna səbəb olaraq isə “İnterin” futbolçu üçün 28 milyon avro ödməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, italiyalı futbolçu “Qalatasaray” forması ilə çıxdığı 10 oyunda 3 qol və 1 asist ilə yadda qalıb.