"Qalatasaray"da ayrılıq gözlənilir
“Qalatasaray” ulduz futbolçusu ilə vidalaşmağa hazırlaşır.
Sportline.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul nəhəngi uruqvaylı Lukas Toreyra ilə yollarını ayıra bilər.
İtaliyanın “Latsio” klubundan onunla bağlı ciddi təklifin gəldiyi bildirilir.
“Qalatasaray” 20 milyon avrodan az məbləğə razılaşmayacağını açıqlayıb.
Qeyd edək ki, uruqvaylı yarımmüdafiəçi bu il “Qalatasaray” forması ilə çıxdığı 34 oyunda 1 asist ilə yadda qalıb.