"Qalatasaray"da növbəti ayrılıq

"Qalatasaray" yetirməsi Süleyman Luşla yolları ayırıb.

Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 22 yaşlı son cinah oyunçusu karyerasını başqa klubda davam etdirəcək.

Onun yeni mövsümdə TFF 1. Lig komandalarından olan "Çorum FK"da forma geyinəcəyi bildirilir.

Ötən mövsümü icarə əsasında "Tuzlaspor"da keçirən Luş 7 resmi oyunda meydana çıxıb.