"Qalatasaray"da yeni futbolçu
“Tottenhem”in futbolçusu Tanquy Ndombele karyerasını Türkiyə Super liqasında davam etdirəcək.
Sportline.az fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhəngi fransalı futbolçu ilə razılıq əldə edib.
Tanquy Ndombelenin bu gün axşam saatlarında İstanbula gələcəyi gözlənilir.
Qeyd edək ki, Tanquy Ndombele “Qalatasaray”la 1+1 illik müqavilə imzalayacaq.