"Qalatasaray"dan ayrıldı, "Adanaspor"a getdi

“Qalatasaray” futbolçusu Yunus Akgünü “Adanaspor”a icarəyə verib.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Y.Akgün 2018-ci ildən bu klubun əsas komandasında çıxış edirdi.