"Qalatasaray"dan "Beşiktaş"a
Ötən mövsümü "Qalataray"da keçirən Milot Raşitsa karyerasını Türkiyənin digər nəhəngində davam etdirəcək.
Sportline.az fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “qara-qartallar” onunla müqavilə imzalayıblar.
“Qalatasaray”la yollarını ayıran kosovolu futbolçu yeni mövsümdə “Beşiktaş”ın formasını geyinəcək.
Qeyd edək ki, Millot Raşitsa “Qalatasaray” forması ilə çıxdığı 30 matçda 5 qol, 6 asistlə yadda qalıb.