"Qalatasaray"dan "Karşıyaka"ya

Yeni mövsümdə qarşıya yüksək vəzifələr qoyan "Karşıyaka" klubu heyəti gücləndirməkdədir.

Sportline.az fotomac.com.tr-yə istinadla xəbər verir ki, izmirlilər "Qalatasaray"ın futbolçusu Adem Büyükün transferini rəsmiləşdiriblər.

Daha öncə Yasin Ozan, Emre Keleşoğlu, Bilal Ceylan, Haydar Yılmaz, Hasan Sürmeli, Erdinç Çepoğlu, Sefa Küpeli, Hakan Erçelik, Enes Nalbantoğlu ve Alpay Koldaş'ı rənglərinə bağlayan "Karşıyaka" son olaraq 36 yaşlı təcrübəli hücumçunu da heyətə qatıb.