"Qalatasaray"dan "Sparta Praqa"ya

"Qalatasaray" danimarkalı oyunçusu Matias Rossu icarəyə göndərib.

Sportline.az Türkiyə klubunun rəsmi saytına istinadla xəbər verir ki, 23 yaşlı müdafiəçi növbəti mövsümdən Çexiya klubu "Sparta Praqa"da çıxış edəcək.

Futbolçu yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, "Qalatasaray"ın 2022-ci ildə heyətinə qatdığı Matias Ross "sarı-qırmızılar"la cəmi 2 oyuna çıxıb və 1 qol vurub.O, ötən mövsümü icarə əsasında Niderlandın "Nak Neymeqen" komandasında keçirib.