"Qalatasaray"dan yeni rekord

Son çempion “Qalatasaray” Türkiyə Süper Liqasında yeni bir rekorda imza atıb.

Sportline.az “Opta” nəşrinə istinadən xəbər verir ki, “sarı-qırmızılılar” ardıcıl 13 səfər matçında qələbə qazanmaqla yeni rekord müəyyən ediblər.

Son olaraq “Qalatasaray” səfərdə “Antalyaspor”u 3:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, “Qalatasaray” 25 xalla turnir cədvəlinə başçılıq edir.