“Qalatasaray”dan yeni transfer
"Qalatasaray” Can Armando Güner transferini bitirdi.
Sportline.az xəbər verir ki, bu haqda "A Spor" kanalı məlumat yayıb.
Sarı-qırmızılı klubun “Borussiya Mönhenqladbax” forması geyinən gənc futbolçu ilə 4,5 illik müqavilə imzaladığı bildirilir.
Yanvar ayının əvvəlində İstanbul’a gələn, lakin klublar arasında yaşanan razılaşma problemlərinə görə Almaniyaya geri dönən Can Armando Güner transferində bütün maneələr aradan qalxdı.