“Qalatasaray”dan yeni transfer

“Qalatasaray” Donetsk “Şaxtyor”undan ayrılan Teteni heyətinə qatıb.  

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, braziliyalı futbolçu Rusiya-Ukrayna müharibəsini əsas gətirərək komandadan ayrılıb.

Tete, “Qalatasaray”ın 2+1 illik müqavilə təklifini qəbul edib.

Qeyd edək ki, futbolçunun hazırki transfer dəyəri 28 milyon avrodur.