"Qalatasaray"dan "Zenit"ə rekord təklif

"Qalatasaray" yarımmüdafiəçi Vendelin transferi üçün "Zenit"ə yeni bir təklif göndərib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "sarı-qırmızlılar"ın braziliyalı futbolçu üçün növbəti təklifi 20 milyon avro və sonrakı satışdan pay olub.

Transfer bu məbləğə gerçəkləşəcəyi təqdirdə bu, Qalatasaray tarixinin ən bahalı keçidi olacaq. Hazırki rekord 2000-ci ildə "Porto"dan transfer edilən Mario Jardelə aiddir. O, Türkiyə klubuna 17.5 milyon avro qarşılığında keçmişdi.

Qeyd edək ki, Vendel ötən mövsüm Sankt-Peterburq klubunun heyətində 35 oyunda 4 qol vurub, 10 asist edib.