"Qalatasaray"ın futbolçusu "Marsel"in hədəfində
“Qalatasaray”ın şərəfini qoruyan Viktor Nelson üçün Fransadan təklif gəlib.
Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, “Marsel” klubu danimarkalı müdafiəçi üçün 17 milyon avrodan keçməyə hazırdır.
Amma, “Qalatasaray” hazırki dəyəri 25 milyon avo olan futbolçusu ilə vidalaşmaq niyyətində deyil.
Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Tottenhem” klubları da 24 yaşlı futbolçunun xidmətində maraqlıdır.