"Qalatasaray"ın futbolçusu Rusiya klubuna keçib
"Qalatasaray"ın sol cinah müdafiəçisi Kazımcan Karataş karyerasını Rusiyada davam etdirəcək.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, 21 yaşlı futbolçu icarə əsasında "Orenburq" klubuna transfer olunub.
Müqavilə müddəti 1 illik nəzərdə tutulub.
Qeyd edək ki, ötən mövsümün ikinci dövrəsini "Ankaragücü" klubunda keçirən müdafiəçi 24 oyunda iştirak edib.Kazımcan karyerası ərzində 2 dəfə Super Liqanın qalibi olub.