"Qalatasaray"ın növbəti hədəfi

“Qalatasaray” “Atletiko Madrid”in ulduzu Joao Feliksi heyətinə qatmaq niyyətindədir.  

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, portuqaliyalı futbolçu “Atletiko Madrid” ilə müqaviləni uzatmaq niyyətində deyil.

Onun baş məşqçi Dieqo Simeone ilə münasibətləri qaydasında deyil. 

Bundan yararlanmağa çalışa “Qalatasaray” ötən mövsüm icarə əsasında “Çelsi”də oynayan futbolçu üçün rəsmi təklif göndərməyə hazırlaşır. 

Qeyd edək ki, futbolçunun hazır ki, dəyəri 50 milyon avrodur.