"Qalatasaray"ın sabiq çalışdırıcısı Domenek Torrentin yeni komandası müəyyənləşib

2021/2022 mövsümünün ikinci dövrəsində "Qalatasaray"a rəhbərlik edən Domenek Torrent yeni bir klubla anlaşıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 61 yaşlı çalıdırıcı Meksika klubu "Atletiko de San Luiz"lə razılıq əldə edib.

İspan mütəxəssis "Qalatasaray"da çıxdığı 20 oyunda 7 qələbə, 5 heç-heçə, 8 məğlubiyyət yaşayıb.

Torrent Türkiyə klubundan əvvəl isə "Flamenqo" və "Nyu-York Siti"nin uğurları üçün çalışıb.

Qeyd edək ki, Domenek Torrent daha əvvəl 8 mövsüm Pep Quardiolanın köməkçisi olub.O, bu müddət ərzində 23 kubok qazanıb.