"Qalatasaray"ın ulduz futbolçusu milli komandada dubla imza atıb

Afrika Millətlər Kubokunun seçmə mərhələsində Mərakeş millisi doğma meydanda Qabonla üz üzə gəlib.

Sportline.az xəbər verir ki, görüş şimali afrikalıların 4-1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qalatasaray"ın ulduz futbolçusu Hakim Ziyeş Mərakeşin ilk 2 qolunun müəllifi olub.Qalib komanda adına digər qolları Brahim Diaz və El Kaabi vurub. Qabonun yeganə qolu Obameyanqdan gəlib.

Milli komanda ilə 62-ci oyununa çıxan Ziyeş qollarının sayını 23-ə çatdırıb.

Qeyd edək ki, bu qrupun digər oyununda Mərkəzi Afrika Respublikası Lesotonu 3-1 hesabı ilə məğlub edib.