"Qalatasaray"ın yeni hədəfi
“Qalatasaray” Serxio Ramosun yüksək məvacib tələbindən sonra diqqəti digər futbolçuya yönəldib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “sarı-qırmızılar” “Lester Siti”nin 25 yaşlı müdafiəçisi Vout Faes ilə maraqlanırlar.
İngiltərə mediasında yayılan xəbərlərə görə, futbolçu “Qalatasaray”ın Çempionlar Liqasının qrup mərhələsində çıxış etmə ehtimalı olduğundan, transferə müsbət cavab verib.
Qeyd edək ki, Vout Faes ötən mövsüm “Lester Siti” forması ilə çıxdığı 39 qarşılaşmada 2 qol və 1 asist ilə yadda qalıb.
Futbolçunun hazırki dəyəri 20 milyon avrodur.