"Qalatasaray"ın yeni transfer hədəfi

“Qalatasaray” Ndombele üçün “Tottenhem”ə rəsmi təklif göndərib. 

Sportline.az The Mirror qəzetinə istinadla xəbər verir ki, ötən mövsüm icarə əsasında “Napoli”də çıxış edən futbolçu “Tottenhem”ə geri dönüb.

İngiltərə klubu isə futbolçu ilə yollarını ayrımaq niyyətindədir. Türkiyə nəhəngi Ndombele üçün “Tottenhem”ə 11 milyon avro təklif edib. 

Qeyd edək ki, futbolçunun hazırki dəyəri 22 milyon avro olsa da “Tottenhem” ilə şəxsi razılıq əldə olunub.