"Qalatasaray"la "Fənərbağça"dan ilk

Türkiyə Superliqasında başa çatan 2019/20 mövsümü bir ilklə yadda qalıb.
 
Sportline.az  xəbər verir ki, İstanbulun “Fənərbağça” və “Qalatasaray” klublarının hər ikisi ilk dəfə turnir cədvəlində ilk 4-lüyə daxil ola bilməyib.
 
“Qalatasaray” mövsümü 6-cı, “Fənərbağça” isə 7-ci sırada tamamlayıb.
 
Qeyd edək ki, Superliqada çempion “Başakşəhər” klubu olub.