"Qalatasaray"la oyunumuz var"

“Liverpul”un baş məşqçisi Arne Slot sıx təqvimə etiraz etdi.

Sportline.az xəbər verir ki, “Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Kubokunun 5-ci turunda keçiriləcək “Vulverhempton” matçı öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Hollandiyalı mütəxəssis komandanın sıx oyun qrafikindən şikayətlənib və qarşıda “Qalatasaray”a qarşı keçiriləcək UEFA Çempionlar Liqası matçına da toxunub.

Slot bildirib ki, komanda qısa müddətdə çox sayda oyun keçirməli olur:

“Keçirəcəyimiz oyunların sayının tam fərqindəyəm. 7 gün ərzində 3 oyun oynayırıq. Bu mövsüm bunu artıq bir neçə dəfə yaşamışıq və indi yenə eyni vəziyyətdəyik. Bazar günü ‘Tottenhem’lə, çərşənbə günü ‘Qalatasaray’la, şənbə günü isə erkən saatlarda növbəti oyunumuz var. Bu mövsüm yəqin ki, 7 gündə 3 oyun keçirdiyimiz 5-ci və ya 6-cı dəfə olacaq”.

Qeyd: “Liverpul” UEFA Çempionlar Liqasının növbəti mərhələsində Türkiyə təmsilçisi “Qalatasaray”la qarşılaşacaq.