Qoreztka "Atletiko"ya keçə bilər
Leon Qoretzka karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçinin "Bavariya" ilə sözləşməsi bu ilin yayında başa çatacaq.
Qeyd edək ki, Qoreztka cari mövsüm meydana çıxdığı 28 matçda 1 qolla yadda qalıb.