Qalmaqallı oyunda 5 qırmızı vərəqə

Fransa çempionatının 3-cü turunda PSJ doğma meydanda "Marsel"ə 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu 31-ci dəqiqədə Florian Tauvin vurub.

Qeyd edək ki, matçın sonlarında futbolçular arasında gərginlik əlbəyaxa dava ilə nəticələnib. Oyunun baş hakimi 5 oyunçunu - Lavin Kurzava, Leandro Paredes, Neymar (hamısı PSJ), Jordan Amavi, Dario Benedettonu (hər ikisi "Marsel) meydandan qovub.