Qamid Aqalarov "Axmat"ı "Dinamo"ya dəyişdi

"Dinamo" Mahaçkala "Axmat" forması geyinən Qamid Aqalarovun transferini rəsmləşdirib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 25 yaşlı futbolçu yeni klubunda 25 nömrəli formanı geyinəcək.

Müqavilə detalları hələki mətbuata açıqlanmayıb.

2021-2022 mövsümündə Aqalarov "Ufa"nın heyətində 19 qolla Rusiya Premyer Liqasının bombardiri olub.

Qeyd edək ki, futbolçu ötən mövsüm "Axamt"la 23 oyunda 3 qol vurub.