"Arsenal" Rayyanın transferini reallaşdırdı

"Arsenal" Premyer Liqada 2023-2024 mövsümünün ən yaxşı qapıçısı David Rayya ilə münasibətləri rəsmiləşdirib.

Sportline.az xəbər verir ki, londonlular "Brentford"un komandada icarə əsasında oynayan qolkiperi ilə müqavilə bağlayıblar.

Bu haqda klubun saytında məlumat yayılıb.

Qeyd edək ki, David Rayya "Arsenal"da keçirdiyi 41 oyundan 20-də qapısını toxunulmaz saxlayıb.

Transfermarkt portalında onun dəyəri 31,9 milyon avrodur.