Qara Qarayev: "Hesabda uduzduq, amma reallıqda çox şey qazandıq"
"Qarabağ"ın futbolçusu Qara Qarayev Konfrans Liqasının pley-off mərhələsində "Marsel"ə Bakıda uduzduqları matçı (0:3) şərh edib.
Sportline.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu barədə öz İnstaqram hesabında paylaşım edib. O yazıb:
"Bəlkə hesabda məğlub olduq, amma həqiqətdə çox şey qazandıq. Biz ədalətli oyun arzusundayıq!".
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə ümumilikdə 1:6 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.