"Qarabağ" 4 mükafat qazandı

2022-ci ilin idman yekunlarına görə "Qarabağ” "ilin komandası" və "ilin klubu" nominasiyalarının qalibi olub.

Sportline.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin "İlin idman yekunları" adlı mükafatlandırma mərasimində mükafatlar klubun prezidenti Tahir Gözelə təqdim olunub.

Baş məşqçi Qurban Qurbanov isə sorğunun nəticələrinə görə "ilin ən yaxşı məşqçisi" və "feyr-pley" mükafatlarına layiq görülüb.